AZ

“AFB Bank” mikrokreditləri bahalaşdırıb, bəzi şərtləri sərtləşdirib

AFB Bank” mikrokreditləri bahalaşdırıb, bəzi şərtləri isə sərtləşdirib.

Tribunainfo.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bank may ayından etibarən mikrokreditlər üzrə komissiyanı 1%-dən 1,3%-ə kimi artırıb. Bundan əlavə, mikrokreditlər üzrə müəyyən edilən maksimal müddət də 48 aydan 36 aya qədər azaldılıb.

Bank mirko kreditlər üzrə maksimal kredit məbləğini isə əksinə, 3 dəfə artıraraq 30 min manatdan 100 min manata yüksəldib.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0,18%-i Muradov Cəmil Tahir oğluna və 0,18%-i Hacıyev Toğrul Ülvi oğluna məxsusdur.

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr