Bakı. Trend:
Şirvan şəhərində üzərində narkotik vasitə aşkarlanan şəxs həbsedilib.
Trend-in əldəetdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarınınnarkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyatakeçirdikləri növbəti tədbir zamanı əvvəllər də eyni əmələ görəməhkum olunmuş Ramil Bağırov saxlanılıb.
Həmin şəxsdən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.