Atletika üzrə gənclər arasında Avropa çempionatlarının yeri dəqiqləşib.
İdman.biz xəbər verir ki, bu barədə qərarı Avropa Atletika Şurası verib.
2027-ci ildə həm U-20, həm də U-23 yaş kateqoriyalarında Avropa çempionatlarına Polşanın Biqdoş şəhəri ev sahibliyi edəcək. Pandemiya dövrü istisna olmaqla, tarixdə ilk dəfə iki qitə çempionatı eyni şəhərdə keçiriləcək.
Qeyd edək ki, qurum Birminhemdə keçiriləcək 2026-cı ilin qitə çempionatının proqramına da üç növ əlavə edib. İdman yerişi artıq 20 km və 35 km deyil, yarım marafon və marafon məsafələrində keçiriləcək. Olimpiya illərində yalnız yarım marafon məsafəsində idman yerişi olacaq. Bundan başqa, ilk dəfə 4x100m qarışıq estafet yarışı keçiriləcək.
İdman.biz