BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp, ölkə daxilində film sənayesini qorumaq məqsədilə xarici ölkələrdə istehsal olunan və ABŞ-a gətirilən bütün filmlərə 100 faiz gömrük vergisi tətbiq olunması üçün Ticarət Nazirliyi və ABŞ Ticarət Nümayəndəliyinə səlahiyyət verdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
“Hollivud və ABŞ-ın bir çox bölgəsi demək olar ki, viranə halına düşüb,” – deyən Tramp, bunun yalnız iqtisadi deyil, eyni zamanda milli təhlükəsizlik və ideoloji təbliğat məsələsi olduğunu da vurğulayıb.
Trampın sözlərinə görə, digər ölkələrin film istehsalı sahəsində verdiyi subsidiyalar və təşviqlər, ABŞ film bazarına mənfi təsir göstərir və bunun qarşısı dərhal alınmalıdır.
“Filmlərin yenidən Amerikada çəkilməsini istəyirik” deyə bəyan edən Tramp, gömrük rüsumu tətbiqi prosesinin dərhal başlanmasını istəyib.