Amerikalı sahibkar İlon Mask Britaniya Hərbi Dəniz Qüvvələrinin Rusiya donanması ilə müqayisəsinə istehzalı cavab verib.
Herbiand.az bildirir ki, buna bir istifadəçinin Responsible Statecraft-a istinadən Rusiyanın 2011-ci ildən bəri onlarla döyüş gəmisini necə inşa etməsi ilə bağlı paylaşımı səbəb olub.
Eyni zamanda, Böyük Britaniya “bizə bax” dünya turuna dörd gəmi, həmçinin bir təyyarədaşıyan gəmi göndərib. Döyüşə hazır 9 gəmini isə öz sularını müdafiə etmək üçün saxlayıb.
Nəşrdə qeyd olunan məlumatlara görə, 14 il ərzində Rusiya müasir silahlarla təchiz edilmiş 27 sualtı qayıq, 6 freqat, 9 korvet və 16 raket kateri inşa edib.
“Böyük Britaniyanın təriflənən Hərbi Dəniz Qüvvələrinə nə oldu?” Mask özünün X sosial səhifəsində yazıb.
Bəxtiyar CƏFƏRLİ