səfəri çərçivəsində imzalanmış beş mühüm sənəd tərəflər arasında hüquqi və institusional əlaqələrin gücləndirilməsi baxımından mühüm addımdır. Xüsusilə, 2025-2027-ci illəri əhatə edən Siyasi Məsləhətləşmələr Proqramı iki ölkə arasında diplomatik təmasların davamlılığını təmin edəcək. Bundan əlavə, nəqliyyat, dənizçilik, mədəniyyət və media sahəsində bağlanmış sənədlər praktiki əməkdaşlığın yeni sahələrə yayılmasına imkan yaradır. Bu əməkdaşlıq yalnız siyasi deyil, eyni zamanda iqtisadi, sosial və humanitar sahələrdə də qarşılıqlı maraqlara əsaslanır. Mədəniyyət tədbirləri, birgə film və sənədli layihələr, dini və mədəni irsin qorunması istiqamətində təşəbbüslər xalqlar arasında mənəvi bağları gücləndirəcək. İkitərəfli əlaqələrin regional müstəvidə də yeni əməkdaşlıq modellərinin formalaşmasına təkan verdiyi aydın görünür. Bu isə həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Mövcud qlobal çağırışlar fonunda Azərbaycan və İran arasında qarşılıqlı hörmət və bərabərlik prinsipinə əsaslanan münasibətlər modeli regional sülh, çoxtərəfli əməkdaşlıq və xalqların rifahı üçün nümunəvi bir yanaşmadır. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi yalnız iki qonşu dövlətin deyil, ümumilikdə bütün regionun inkişafına xidmət edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31