AZ

Çin elektrik avtomobilərinin istehsalı apreldə artıb

Finss.az -  Çin elektrikli avtomobil istehsalçıları Nio, XPeng və Li Auto, satışlarını əhəmiyyətli dərəcədə artırdı.

Bu barədə şirkətlərin rəsmi hesabatları açıqlanıb.

Nio, aprel ayında 23,9 min elektrikli avtomobil təchiz edərək keçən ilin eyni dövrü ilə müqayisədə 53% artım əldə edib. 

XPeng, aprel ayında satışlarını 3,7 dəfə artırıb və 35 045 elektrikli avtomobil təhvil verib. 

Li Auto aprel ayında 33 939 elektrikli avtomobil sataraq 32% artım əldə edib. Yanvar-aprel dövrü ərzində isə şirkətin satışları 20% artaraq 126,8 min ədədə çatıb.

Ümumilikdə, bu üç Çin şirkəti 321,85 min elektrikli avtomobil təchiz edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 76% artım deməkdir.

BYD isə yeni enerji mənbələri ilə işləyən 380,09 min avtomobil sataraq 21,3% artım nümayiş etdirib. Ümumilikdə, şirkət 1,380 milyon avtomobil satıb.

 

Seçilən
0
50
fins.az

10Mənbələr