Demokrat.az xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb.
İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsində qeydə alınıb.
Belə ki, Sahib Babayev qonşusu, zərərçəkmiş Elşən Dəmirçiyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin 6 ay əvvəl onun ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs əlində olan bıçağın tiyəsi ilə sağ sağrı nahiyəsindən, yumruq və təpiklə sol bazu nahiyəsindən qəsdən vurub yerə yıxıb.
Nəticədə Sahib qonşusuna onun sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.
4Mənbələr
-
demokrat.azQonşusunu bıçaqlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ ( 16986929)
-
azpost.infoQonşusunu 6 ay əvvəl söydüyü söyüşə görə bıçaqladı ( 16984355)
-
bizim.mediaQonşusunu bıçaqlayan şəxs məhkəmə zalında HƏBS EDİLDİ ( 16983647)
-
pravda.azQonşusunu 6 ay əvvəl söydüyü söyüşə görə bıçaqladı, məhkəmə zalından həbs edildi ( 16982177)