AZ

Paşinyan Moskvaya körpü salmağa gedir

Bakı. Trend:

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biriyaşanır. Bir zamanlar “erməni demokratik baharının qəhrəmanı" kimiqələmə verilən, “Rusiya imperiya irsi”nə qarşı mübarizəninbayraqdarına çevrilmiş bir Nikol Paşinən indi İkinci DünyaMüharibəsindəki Qələbə Gününü, 9 Mayı qeyd etmək üçün Moskvayayollanır. Həmin gün o, hələ bir neçə il əvvəl xalqı həmin qüvvələrəqarşı küçələrə çıxarmağa çağırdığı liderlərlə eyni tribundadayanacaq. Əlində yasəmən çiçəyi, ürəyində ümidsiz siyasi alverindöyüntüləri, beynində isə dağılmış “Qərb arzuları"nın uğultusu.

Fəqət bu səfərin görünəndən qat-qat dərin mənası var. Bu, sadəcədiplomatik nəzakət aktı deyil - təlatümlü siqnaldır, iflasın vəməcburi təslimin rəmzidir, həm də üzü olmayan bir hökumətin,maskasını taxmağa çalışdığı regionda üzünü qorumaq cəhdidir - eləbir məkanda ki, ikiüzlülüyə yer yoxdur, və əslində, qalmayıbda.

Son iki il ərzində Paşinyan təhlükəli oyuna girdi. O,Ermənistanı qərbə - Parisin, Brüsselin və Vaşinqtonun qucağınaaparacağına inanırdı. Heç olmasa bərabər müttəfiq kimi olmasa da,faydalı piyadə kimi qəbul ediləcəyini zənn edirdi. NATO ilə flörtetdi, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) sıralarında ölkəsinin fəaliyyətini dondurdu,Sankt-Peterburqa getməkdən imtina etdi, Rusiyanı açıq-açığına“hərəkətsizlikdə” və “xəyanətdə” suçladı. Ermənistan getdikcə dahaçox Avropa İttifaqı sənədləri imzaladı, Fransadan silah aldı.

Paşinyan isə ABŞ-nin "Mercury" adlı PR şirkətini işə götürərəkAğ Evə “yeni Ermənistan” ideyasını satmağa çalışdı - azad, Avropayönlü, antikafqaz orientasiyalı Ermənistan.

Halbuki ABŞ prezidenti Donald Tramp erməni bayraqları vəəməkdaşlıq yalvarışlarının yanından laqeydliklə keçir. Tramp aydınmesaj verir: Ermənistan - tutacağı qopmuş çamadan kimidir. Nəresursu var, nə infrastrukturu, nə də geosiyasi dərinliyi. Üstəlik,respublikaçılar elitasının gözündə erməni diasporası artıq çoxdansolçu və demokratlara bağlı sayılır - bu isə o deməkdir ki, Trampnə geosiyasi, nə də geoiqtisadi baxımından bu kartdan qazanc götürəbilməz. Belə olan halda isə, niyə bu mövzuya zaman sərf etsinki...

Bir qədər əvvəl Ermənistanın öz tərəfinə çəkmək istədiyi, AvropaKomissiyasının xarici siyasət və təhlükəzlik məsələləri üzrə alikomissarı Kaya Kallas Bakıya səfər etdi. O, orada demokratiyanı və“erməni ağrısını” yox, tamamilə real məsələləri müzakirə etdi -qazı, nefti, nəqliyyat dəhlizlərini və sabitliyi. Bəli, Kallassürəkli olaraq postlibertarian şüarlarla - "insan haqları, azadseçkilər, trasnapert və açıq cəmiyyət" kimi klişelər - çıxış edir.Fəqət o, enerji təhlükəsizliyinə daha çox inanır. Butəhlükəsizliyin açarı isə - Azərbaycandır. Ermənistan isə sadəcəproblemdir. Paşinyan bunu çox gec anladı.

Artıq Ermənistanın arxasında “Amerika örtüyü” yoxdur. Avropapraqmatizmə keçib. Makron isə Fransadakı xaosla başı qatışıb.Paşinyan indi yenidən dönür - özü uzaqlaşdırmağa çalışdığı tərəfə,yəni Moskvaya. Ora artıq itaətsizlik ruhu ilə deyil, günahkar birtələbə kimi gedir. O tələbə kimi ki, sərt, amma ədalətli müəlliminyanına qayıdır. Yeganə fərq - bu müəllim artıq çoxdan bütünsentimentallığını itirib.

Rusiya xəbərdarlıq etmişdi. Dəfələrlə. Son iki il ərzində RusiyaXarici İşlər Nazirliyi İrəvana sadə bir həqiqəti çatdırmağaçalışırdı: “Qərbin marağı - mövsümidir. Onlar sizi Rusiyaya qarşıistifadə edib, sonra unudacaqlar”. Ermənistan hakimiyyəti buçağırışlara qulaq asmadı. İndi isə - başıaşağı, dağılmış “Avropagündəmi” ilə Paşinyan geri dönür. Ola bilər ki, onu 9 Maytəntənələri zamanı rəmzi tənhalıq və səssiz soyuqluq qarşılasın.Rusiya ordusu təntənə ilə təriflənəcək, Paşinyan isə - bəlkə kimsəona baxar deyə, gözdən-gözə axtarışa çıxacaq.

Bu, yalnız Ermənistana yox, ikili oyun oynamaq istəyən bütünpostsovet ölkələrinə sərt siqnaldır. Moskva həmişəlik barmaqarasından baxmayacaq. Artıq çox şey toplanıb - Paşinyanın Rusiyabazaları haqda şikayətlərindən tutmuş, KTMT-dən çıxmaqbəyanatlarına və Rusiya sülhməramlılarını ittiham etməsinə qədər.Buna görə də Moskva Paşinyanı rəsmi, amma rəmzi olaraq soyudulmuşqəbul ilə qarşılaya bilər - nə qucaqlaşma, nə tostlar, nə də samimibaxışlar. Yalnız soyuq əl sıxma və diplomatik protokolun kölgəsindəgizlənən dərin ikrah.

Paşinyanın əsas problemi - onun səhv etməsində deyil. Onun heçvaxt strategiyası olmayıb. O - “ani siyasətçi”dir. Reaksiya verir,amma qabağı görmür. Danışır, amma heç bir məramı reallaşdırabilmir. Uzunmüddətli düşüncə yoxdur - yalnız emosiyalar,qısamüddətli faydalı sövdələşmələr və güclüyə xoş gəlmək cəhdləri.Amma belə bir yanaşma siyasətdə işləmir - xüsusən də burada, CənubiQafqazda, harada ki qalib olan - təzyiqə dözə bilən və sabitliyitəmin edə biləndir.

Paşinyan Ermənistan daxilindəki ideoloji revanşizmin girovunaçevrilib. Onun Azərbaycanla sülh ritorikası - miflər, şovinizm vəsiyasi fobiyalarla hörülmüş divara çırpılır. Ordunu islah edəbilmir, Qarabağ mifini dağıda bilmir, ölkəni regional sisteməinteqrasiya edə bilmir. Çünki onun arxasında hələ də dünyanın hərguşəsində düşmən görənlər dayanır. Bu revanşizm Ermənistanı toksikedir. İrəvanın siyasi, iqtisadi və nəqliyyat baxımından CənubiQafqazın bir hissəsinə çevrilməsinə mane olur.

Qərb isə Ermənistana tərəfdaş yox, alət kimi baxır. ABŞ və yaAİ-dən heç bir lider İrəvanı “əvəzolunmaz” adlandırmaz. Ermənistan- Moskva əleyhinə arqument, bəyanat və sanksiyalar üçün bəhanə,mətbuat şouları üçün fon rolundadır. Amma orduya, iqtisadiyyata,sənayeyə bir qəpik də investisiya qoyulmur. Heç kim İrəvanatəhlükəsizlik zəmanəti vermir. Heç kim Ermənistan üçündöyüşməyəcək.

Bunu Moskva anlayır. Bunu Bakı - daha artıq anlayır.

Bakıdan baxanda bu dönüş illüziyaların qanunauyğun sonu kimigörünür.

Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi: regionun gələcəyiyalanlar, “əbədi zülm” mədəniyyəti və xarici xilaskarlara ümidüzərində qurula bilməz. Resurslara, infrastruktur üstünlüklərinə,iqtisadi potensiala və regional nüfuza sahib olan Bakı çoxdancazibə mərkəzinə çevrilmişdi. Rəsmi Bakı siyasətini real maraqlarüzərində qurdu - erməni dərsliklərinin “türk-azərbaycanlıekspansiyası” barədə şizofrenik fobiyalarını yox, məntiqli stratejihədəfləri əsas götürdü.

Paşinyan Qərb kartı ilə oynayanda, Bakı buna mane olmadı. Sadəcəgözlədi. Çünki bilirdi: Qərbin İrəvana sevgisi - ötəri bir haldır.Makron Yelisey sarayında istədiyini deyə bilər, amma o, heç vaxtSünikdəki erməni mövqelərini qorumaq üçün əsgər göndərməyəcək.Almaniya islahatlar vəd edə bilər, amma pul verməyəcək. ABŞ“Qarabağ ermənilərinin hüquqları” haqqında danışa bilər, ammareallıqda Vaşinqton güclü, sabit və təminatlı tərəfdaş seçir - buda, təbii ki, Bakı deməkdir.

İndi oyun bitdi. Yeni reallıqda Azərbaycan unikal birmövqedədir. O, indi müşahidə edir: Paşinyan Kremlə təzimə getməyəməcburdur, özü ilə isə heç bir real təklif gətirmir. Nə Bakı iləsülh, nə açıq kommunikasiyalar, nə də aydın strategiya var. Siyasiiradə isə ümumiyyətlə yoxdur. Bakı artıq post-münaqişə mərhələsindəregionun yenidən formatlaşdırılmasına hazırdır. Amma bu mərhələyəkeçid üçün bir sadə, lakin prinsipial şərt var: ermənirevanşizminin kapitulyasiyası. Bu baş vermədikcə Ermənistan təkcəMoskva və Brüssel üçün deyil, ilk növbədə özü üçün yük olaraqqalacaq.

Paşinyan Moskvaya tərəfdaş kimi yox, xahiş edən kimi gedir. O,Rusiyaya sabit Ermənistan vəd edə bilməz - çünki ölkəsindəvəziyyəti nəzarətdə saxlamır. KTMT məntiqinə uyğun davranış da vədedə bilməz - çünki Ermənistan cəmiyyəti radikallaşıb və hər “rusizi”ndən qorxur. O, Azərbaycanla sülhdən danışa bilməz - çünkiİrəvanda hələ də “Qarabağ məsələsi” öz fiaskolarının ideolojiörtüyü kimi istifadə olunur. Kremlə ciddi gündəmlə getmək haqqı isəyoxdur - çünki portfelində yalnız uğursuzluqlar var.

Bu arada Bakı Türkiyə ilə əməkdaşlığı gücləndirir, Avropa iləenerji tərəfdaşlığını genişləndirir, regionlara yeni nəqliyyat vəloqistika üfüqləri təklif edir. Ermənistan isə komplekslərinintələsində dövrə vurur. Azərbaycan isə yoluna davam edir -incikliksiz, pafossuz, soyuq praqmatika ilə. Zaman keçdikcə ikiölkə arasında fərq daha aydın görünür - təkcə potensial baxımındandeyil, həm də siyasi yetkinlik səviyyəsində.

Paşinyanın Moskvaya səfəri - yenidən yükləmə yox, onun kursununtəslim olmasının rəmzidir. Bu, “böyük Qərb”in Ermənistanıqurtaracağı, silahlandıracağı və “əbədi qurban” statusu verəcəyiilə bağlı illüziyanın dağılmasının açıq etirafıdır. İndi yalnız ikiyol qalır: ya reallığa dönmək, ya da gündəmdən silinmək. Əgərİrəvan doğrudan da gələcək istəyirsə, onda yeganə çıxış yolu - Bakıvə Ankara ilə masa arxasında oturmaqdır. Qorxudan yox, alternativinolmadığını dərk etdiyinə görə.

Bunu Rusiya anlayır. Azərbaycan - daha artıq. Bəs, Paşinyan özübunu anlayırmı?

Ona hər şey verildi: zaman, meydan, hətta səbr. Amma “anisiyasətçilər” tarix qura bilməzlər. Onlar yalnız tarixdə birtəhərsağ qalmağa çalışırlar. Əgər Paşinyan Ermənistanı öz keçmişinincaynağından çıxarmaq cəsarətini tapmasa, ölkəsinin gələcəyiİrəvanda yox, Moskva, Bakı və Ankara kabinetlərində müəyyənolunacaq. Regional mexanizmlərə inteqrasiya olunmayan Ermənistanisə başqalarının qərarlarının əks-sədası olaraq qalacaq. Və heç birPR şirkəti - milyonlarla dollar qarşılığında belə - bu mənzərənidəyişə bilməyəcək.

Paşinyanın oynadığı siyasi oyun məntiqli sonuna çatdı. O,saxtakarlığa bel bağladı, emosiyalarla ticarət etdi, diasporunduyğuları, Avropa parlamentarilərinin alqışları və ermənicəmiyyətinin yorğunluğu üzərində oynadı. Amma tarix - teatr deyil.Burada sonsuz improvizasiya mümkün deyil. Elə bir an gəlir ki,artıq mətn lazımdır. Strategiya. Xəritə. Və kompas.

Onun isə bunların heç biri yoxdur.

Bakı isə hara getdiyini çox yaxşı bilir. O, nə Qərbə boylanır,nə də Şərqdən asılıdır - öz marşrutunu özü qurur: gücün quruyolları ilə, marağın dəniz dəhlizləri ilə, ağlın diplomatikkanalları ilə. Məhz bu səbəbdən Azərbaycanın siyasi çəkisi artır,Cənubi Qafqazın geosiyasi oxu isə tədricən, lakin dönməz şəkildəBakı istiqamətinə çevrilir - hissiyyatların, miflərin vəincikliklərin fövqündə durmağı bacaranların tərəfinə.

Bu yeni dünyada Ermənistanın qarşısında cəmi iki ssenari qalır.Birincisi - əbədi qarşıdurma vəziyyətindən çıxmaq, müharibənindöyüş meydanında yox, strateji təfəkkür səviyyəsində uduzulduğunuetiraf etmək və Bakı ilə Ankara ilə dialoqa başlamaq. İkincisi -Kreml və Brüssel arasında çırpınmaq, birindən xahiş etmək, digərinitəhqir etmək, simasını itirmək və nəticədə - başqalarının yolçəkdiyi, geosiyasi mənası olmayan boş bir coğrafiyayaçevrilmək.

İndi isə, Moskva səmasının fonunda, 9 Mayda Qələbə Salutusəslənəcək günə az qalmışkən Paşinyan - ard-arda məğlubiyyətləryaşamış bir ölkənin başçısı - o anlarda tribunada dayanacaq vəRusiya bayrağı altında keçən hərbçilərə baxacaq. Bəlkə də məhzhəmin an o, ilk dəfə dərk edəcək: böyük dövlətlər özünü xilasetməyənləri xilas etmirlər. Onlar güclülərlə işləyirlər. Bu mənada,gələcək - Azərbaycandır, Ermənistan isə - xatirə.

Hər bir xalqın kölgədən çıxmaq imkanı var. Sual budur: İrəvanınaçıq həqiqəti qəbul etməyə iradəsi çatacaqmı? Qurtuluş yolu nəMoskvanın, nə də Parisin küçələrindən keçmir. O yol - Bakıdankeçir. Dürüst sülhdən. Yalan bütlərinin dağıdılmasından.

Paşinyan bu yola başlaya bilər. Amma yalnız bir şərtlə: əgəranlayarsa ki, “ani siyasət” artıq bütün körpüləri yandırıb. İrəliaparan körpülər isə alqış üçün tikilmir. Onlar gələcək üçünqurulur. Və o gələcək - çoxdan Qərbin əlində deyil.

Gələcək - buradadır. Gələcək - bu regiondadır. Gələcək -reallıqdadır.

O, bir sadə etirafla başlayır: Cənubi Qafqazda sabitliyə aparantək bir yol var. O yol - Paşinyanın illərlə çəkinib yaxınlaşmadığıqapıdan keçir.

Azərbaycanın qapısından.

Və o qapını döymək artıq gecdir. O qapıdan içəri girməklazımdır. Açıq üzlə. İkiüzlülüksüz. "Mercury"siz. İllüziyasız.

Seçilən
0
2
az.trend.az

3Mənbələr