AZ

Tramp dünyanın ən qorxunc həbsxanasını yenidən açdırır

ABŞ Prezidenti Donald Tramp San-Fransiskodakı Alkatras həbsxanasının yenidən ən təhlükəli cinayətkarlar üçün açılması üçün göstəriş verib.

Olaylar.az-ın məlumatına görə Tramp "Truth Social" hesabında bildirib ki, ABŞ uzun illər zorakı cinayətkarlarla mübarizə aparır və artıq onlara dözümlü yanaşılmayacaq. Bu səbəbdən Alkatras həbsxanasının təmir edilərək genişləndirilməsi və "azılı cinayətkarlar" üçün yenidən istifadəyə verilməsi tapşırılıb.

Qeyd edək ki, dünyanın ən məşhur həbsxanalarından olan Alkatras 1973-cü ildən bəri muzey kimi fəaliyyət göstərir və hər il 1,5 milyon turist qəbul edir. Qaçışın çətin olduğu bu həbsxana "Alkatrasdan Qaçış" (1979), "Qaya" (1996), "Birinci Dərəcəli Qətl" (1995) və "Alkatrasın Quş Adamı" (1962) kimi məşhur filmlərə də mövzu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr