AZ

Həştərxana yollanan nümayəndə heyətinin tərkibi bilindi - SİYAHI

BAKI, 5 may. TELEQRAF

Mayın 4-də Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Həştərxan vilayətinə səfərə yollanan nümayəndə heyətinin tərkibi bilinib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, heyətin təkibi ümumilikdə 4 nəfərdən ibarət olub.

Həmin şəxslər aşağıdakılardır:

Milli Məclisin deputatları Elman Nəsirov və Azər Badamov;

YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev;

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev;

Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov.

Ancaq Rusiya tərəfi "təhlükəsizlik məsələləri ilə bağlı" A.Badamovun ölkəyə girişinə icazə verməyib və o, geri qayıdıb.

Qeyd edək ki, digər şəxslərin Rusiyaya buraxılmasında problem yaşanmayıb.

Onu da vurğulayaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya tərəfindən izahat tələb edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr