AZ

Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı sərnişindaşıma üçün də istifadə olunacaq - Valeh Əsgərov

BAKI, TurkicWorld

Hazırda Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.

TurkicWorld xəbər verir ki, bu sözləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, bu hava limanının əvvəlcə yük üçün tikilməsi nəzərdə tutulurdu.

"Artıq onun sərnişindaşıma üçün istifadə edilməsi planlaşdırılır"- deyə o əlavə edib.

Seçilən
0
3
turkic.world

2Mənbələr