AZ

TDT-nin növbəti qeyri-rəsmi sammiti Budapeştdə baş tutacaq

BAKI, TurkicWorld

2025-ci il 21 may tarixində Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı təşkilatın Macarıstan üzrə rəsmi nümayəndəsi Balaz Hendrih verib.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb.

Qeyd edək ki, Təşkilatın əsası 2009-cu ildə qoyulub. Həmin il Türk Şurası yaradılıb və İstanbulda keçirilən VIII Sammitdə təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Hazırda təşkilata Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tamhüquqlu üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlət statusunda daxildir.

Seçilən
0
turkic.world

1Mənbələr