AZ

DİQQƏT! – Bu tarixlərdə Azərbaycanda zəlzələ olacaq?

May ayında Günəş fəallığının artması Yer kürəsində bir neçə maqnit qasırğasının qeydə alınmasına səbəb olacaq. Mütəxəssislərin proqnozlarına əsasən, bu hadisələr müxtəlif günlərdə müxtəlif intensivliklə baş verəcək və xüsusilə meteohəssas insanlar üçün sağlamlıq problemləri yarada bilər.

4-5 may – orta səviyyəli maqnit aktivliyi (G1-G2 səviyyəsində)

 11 may – aşağı səviyyəli dalğalanmalar

16-18 may – güclü maqnit qasırğası (G3 səviyyəsində)

23 may – yenidən orta güclü aktivlik

28-29 may – zəif maqnit dəyişiklikləri

Xüsusilə G3 səviyyəsində olan maqnit qasırğaları bəzi bölgələrdə texnoloji sistemlərə və rabitəyə təsir göstərə bilər. Həmçinin, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərdə baş ağrısı, yuxusuzluq, halsızlıq kimi simptomların artması mümkündür.

Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, son dövrlər sosial şəbəkələrdə maqnit qasırğaları ilə zəlzələlər arasında əlaqə ola biləcəyi barədə iddialar yayılıb. Bu narahatlıqlar əsasən Günəş fəallığının artdığı dövrlərdə baş verən bəzi zəlzələ hadisələri ilə üst-üstə düşən təsadüfi vaxtlara əsaslanır. Lakin elmi cəhətdən bu iddiaların əsaslandırılması üçün kifayət qədər sübut yoxdur.

Geofiziklər bildirirlər ki, zəlzələlər Yerin daxili qatlarında baş verən təbii geoloji proseslərin nəticəsidir. Əsas səbəb tektonik plitələrin hərəkətidir. Bu proseslər minlərlə kilometr dərinlikdə baş verdiyindən, Günəşdən gələn maqnit sahəsindəki dəyişikliklərin bu hərəkətlərə təsir etmək ehtimalı praktiki olaraq yoxdur.

Bəzən insanlar Günəş fəallığının artdığı dövrlərdə zəlzələ hadisələrinin çoxaldığını müşahidə etdiklərini deyirlər. Amma bu, yalnız təsadüfi zaman uyğunluğudur. Statistika və elmi təhlillər bu iki hadisə arasında səbəb-nəticə əlaqəsini sübut etmir. Zəlzələlər geoloji aktiv zonalarda baş verir və onların baş vermə vaxtını dəqiq proqnozlaşdırmaq hələ ki, mümkün deyil.

Eyni mövzu ilə bağlı NASA və Avropa Kosmik Agentliyi (ESA) kimi nüfuzlu qurumlar da dəfələrlə açıqlama verərək bildiriblər ki, Günəşdəki partlayışlar və nəticəsində yaranan maqnit qasırğaları Yer kürəsində seysmik aktivliyə səbəb olmur.

Seçilən
0
4
demokrat.az

5Mənbələr