Deputatlar Lüksemburqa səfər edəcəklər
Milli Məclisin Lüksemburqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və işçi qrupun üzvü Elçin Mirzəbəyli mayın 6-da Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərinə səfər edəcəklər.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər zamanı Milli Məclisin deputatları Lüksemburq parlamentində bir sıra görüşlər keçirəcək.
Səfər mayın 8-də başa çatacaq.