AZ

Donald Tramp Alkatraz adasındakı həbsxananı yenidən qurmağı və açmağı əmr edib.

ABŞ Prezidenti Donald Tramp Federal Həbsxanalar Bürosuna San-Fransisko körfəzindəki Alkatraz adasındakı xüsusilə təhlükəli cinayətkarlar üçün həbsxananı yenidən qurmağı və yenidən açmağı əmr edib.

Editor.az bildirir ki, bu barədə ABŞ prezidenti “Truth” sosial şəbəkəsində məlumat verib. “Biz artıq öz işlərini görməkdən qorxan və ölkəmizə qanunsuz daxil olmuş cinayətkarların – quldurlar və hakimlərin girovluğunda olmayacağıq”, – Donald Tramp yazıb və əlavə edib ki, Alkatrazın “əhəmiyyətli dərəcədə genişləndirilməsi” və “yenidən qurulması” əmri verib.

Federal Həbsxanalar Bürosu, Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti həbsxananın açılması üçün çalışacaq.

Qeyd edək ki, Alcatraz 1963-cü ilin martında bağlanıb. Rəsmi versiyaya görə, bu, adada məhbusların saxlanması xərclərinin çox yüksək olduğu üçün edilib. Həbsxana təxminən 3-5 milyon dollar məbləğində təmir tələb edirdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
1
editor.az

2Mənbələr