Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yenisabag.az xəbər verir ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xəttində əsaslı təmir-bərpa işləri aparılır. Buna görə də saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Telegram kanalımız