AZ

Zambiya prezidenti: ABŞ yardımı Afrikaya sarsıdıcı zərbə vurur- ÖZƏL

Zambiya Prezidenti Hakainde Hiçilema Avropa mətbuatında - Politico qəzetində dərc olunan məqaləsində ABŞ və digər zəngin ölkələr tərəfindən Afrikaya göstərilən maliyyə yardımının azalmasının qitənin iqtisadi inkişafına ciddi təsir etdiyini bildirib. Olaylar.az xəbər verir ki, o, qeyd edib ki, bu tendensiya Afrika ölkələrini öz inkişaf yollarını axtarmağa, iqtisadiyyatlarını şaxələndirmək üçün yeni investisiyalar cəlb etməyə məcbur edir.
Prezidentin sözlərinə görə, uzun illər ərzində ABŞ-dan gələn vəsaitlər Afrika ölkələrinə göstərilən beynəlxalq yardımın dörddə birini təşkil edib və bu, 16 ölkə üçün ÜDM-in azı 1%-nə bərabər olub. Afrika Təhlükəsizlik Tədqiqatları İnstitutunun hesablamalarına görə, əgər zəngin ölkələrin yardımı 20% azalarsa, 2030-cu ilə qədər daha 19 milyon afrikalı səfalət həddində yaşamalı olacaq.
"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) xətti ilə maliyyələşmənin azalması Afrika üçün sarsıdıcı zərbədir", - deyə Hiçilema bildirib. O əlavə edib ki, bu hadisə qitənin hələ də xarici yardımdan asılı olduğunu bir daha xatırlatdı.
Zambiya Prezidenti bu şəraitdə iqtisadiyyatların şaxələndirilməsinin, ölkə daxilində əlavə dəyər yaradan sahələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bir çox Afrika ölkələri hələ də kolonial dövrdə formalaşmış xammal çıxarılması modelindən asılıdır. Xüsusilə nadir torpaq metallarına malik ölkələr bu resursları təkcə çıxarmamalı, həm də emal etməli, yerli insan potensialından yararlanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr