AZ

Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana hazır geyimixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azalaraq,2 milyon 950 min 45 dollara çatdırıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycanahazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faizazalaraq, 15 milyon 565 min 44 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyəninhazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizazalaraq, 5 milyon 410 min 610 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyon 227 min 668 dollarməbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı iləmüqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025)Türkiyə 17 milyon 569 min 420 dollar məbləğində hazır geyim ixracedib.

Məqalədə:
Seçilən
0
15
az.trend.az

10Mənbələr