AZ

Ev alanda 2 dəfə düşünün - Çıxarış almaq mümkün deyil - AÇIQLAMA

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 86708 mülkiyyət hüququ qeydə alınaraq çıxarışla təmin edilib. Əmlak məsələləri dövlət xidmətinin məlumatına əsasən, bunun 14224-ü fərdi yaşayış evləri və bağ evləridir. 19200-ü mənzillərdir, 49386-sl isə torpaq sahələrinin payına düşür. Bi tərəfdən qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün işlər görülür, amma digər tərəfdən yeni sənədsiz evlər hətta məhəllələr inşa edilir. Söhbət qiymətinin ucuz olması ilə alıcıları cəlb edən makler evlərdən gedir. 

Bəs bu evlərin hansı problemləri olur? 

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, qanunla icazə verilməyən ərazilərdə tikilən əmlakların leqallaşdırılması nəzərdə tutulmayıb və buna ümid etməyə də ehtiyac yoxdur:

"Bəzi vətəndaşlar düşünürlər ki, onların aldıqları evlər gələcəkdə leqallaşa bilər. Təəssüflər olsun ki, bununla bağlı heç bir əsas yoxdur. Vətəndaş birinci növbədə bilməlidir ki, leqallaşdırdığı halda o əmlakın özünü də riskə atır. T'bii ki, vətəndaş orda qeydiyyatda olmur. Sığorta hallarından da istifadə edə bilməyəcək və qanunla nəzərdə tutulmuş imtiyazlardan və imkanlar məhdudlaşdırılmış olur. Əsasən, əmlak bazarında vasitəçilikdə məşğul olan sahibkarlar, maklerlər qeyri-yaşayış təyinatlı torpaqları alaraq bu evləri tikir və ucuz qiymətə satır. Bu ərazilərdə isə payız, qış vaxtı bataqlıq zonalar əmələ gəlir. Bundan əlavə evə yaxın ərazilərdə məktəb, uşaq bağçası olmur. Ən əsası isə bu evlərin keyfiyyəti aşağı olur". 

Məsələ ilə bağlı hüquqşünas Nəriman Əliyev bildirib ki, rəsmi sənədi olmayan evlərin mülkiyyət hüquqlarının mühafizəsi də mümkün olmur:

"Bu cür evlər sökülə də bilər, dövlət ehtiyacları tərəfindən müsadirə də edilə bilər. Belə ki, mülkiyyət hüququ həm sərəncam, həm sahiblik, həm də istifadə hüququnu özündə birləşdirir. Daşınmaz əmlak mülkiyyət hüququ isə onun rəsmi olaraq dövlət tərəfindən qeydiyyata alındığı andan əmələ gəlir. Əgər bu mülkiyyət hüququ dövlət tanınmırsa, bu vətəndaşlar gələcəkdə mülkiyyət hüququnun tanınması istiqamətində böyük çətinliklərlə üzləşə bilərlər". 

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-dən çıxarışla təmin olunmamış evlərə komunal xidmətlərin göstərilməsi, qadağan olunub. Amma buna baxmayaraq maklerlər tikdikləri evləri müxtəlif yollarla kommunikasiya xətlərinə qoşmağa çalışırlar. Müvafiq qurumlar isə hər an bu xətləri kəsə bilərlər.

Seçilən
0
4
day.az

5Mənbələr