AZ

Fitsodan SENSASİON AÇIQLAMA: “Ukrayna “şeytanla” müqavilə imzalayıb”

Slovakiya Baş naziri Fitso: “Ukraynanın ABŞ-la imzaladığı saziş şeytanla anlaşmadır”

Musavat.com xəbər verir ki, Slovakiyanın Bbaş naziri Robert Fitso Ukrayna ilə ABŞ arasında təbii ehtiyatlarla bağlı imzalanmış yeni sazişi sərt şəkildə tənqid edib. O, bu razılaşmanı “şeytanla anlaşma” adlandırıb və bunun təhlükəli nəticələrə yol aça biləcəyini bildirib.

Fitso bu mövzuda tarixi paralellər apararaq, 1990-cı illərdə Slovakiya hökumətinin Belqradın bombalanmasına razılıq verməsi müqabilində NATO-ya üzv olmaq perspektivindən bəhs edib. “Məsələ Ukrayna rəhbərliyinin qərarıdır – bu razılaşmanı imzalayacaqmı, yoxsa yox. Bu onların təbii sərvətləridir və bu, bizi birbaşa maraqlandırmır. Amma mən sadəcə xatırlatmaq istəyirəm ki, bu tip ‘şeytanla razılaşmalar’ əvvəllər də imzalanıb,” – deyə Fitso vurğulayıb.

Baş “şeytan” anlayışını konkret ABŞ-a qarşı demir, daha çox bu anlayışın simvolik mahiyyətinə toxunduğunu bildirib.

Fitso həmçinin xatırladıb ki, Avropa İttifaqına üzvlük prosesində Slovakiya məcburən atom elektrik stansiyalarını bağlayıbkütləvi özəlləşdirməyə getmiş və bu kimi “gizli nəticələrlə” qarşılaşıb. O, bu təcrübələr fonunda Ukraynanın da oxşar risklər daşıdığını deyib.

Qeyd edək ki, Fitso sonda Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətinə sərt münasibət bildirərək, “Zelenski özünə müharibə alıb. O, bu müharibənin davam etməsində son dərəcə maraqlıdır” – deyə bildirib.

Seçilən
0
ictimairey.az

1Mənbələr