Mayın 10-da Fələstin prezidenti Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə Qəzza zolağındakı vəziyyəti və Rusiya ilə Fələstin münasibətlərini müzakirə edəcək...
Poliqon xəbər verir ki, bu barədə TASS Agentkiyinə Abbasın müşaviri Mahmud əl-Həbbaş məlumat verib.
“Görüş ikitərəfli münasibətləri və bütün sahələrdə birgə əməkdaşlığı gücləndirmək yollarını müzakirə etmək imkanı verəcək”, deyə Əl-Həbbaş TASS-a bildirib.
Əl-Həbbaş sözlərinə görə, danışıqlar zamanı Abbas Putinə Fələstindəki son hadisələr və Fələstin davası uğrunda mübarizədə qismən tanınmamış dövlətin prioritetləri barədə də məlumat verəcək.
Qeyd edək ki, Fələstin lideri mayın 9-da Rusiya paytaxtında paradda iştirak edəcək.
Poliqon.info