AZ

Türkiyədə illik inflyasiya 38%-dən aşağı enib

Türkiyədə illik inflyasiya yenidən azalıb.
"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin aprel ayında illik inflyasiya 37.86% təşkil edib. Mart ayında bu rəqəm 38.10% təşkil etmişdi. Aprel ayında ayında istehlak qiymətləri əvvəlki aya görə 3% artıb.

Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36,09%, nəqliyyatda 22.76%, mənzillərdə isə 74,07% artım müşahidə olunub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.
Seçilən
0
7
sherg.az

8Mənbələr