AFFA Region Liqasında 1/4 finalın ilk oyunları keçirilib
AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Msport.az xəbər verir ki, ilk matçlarda qonaqlardan yalnız “Xankəndi” qələbəyə sevinib. Adıçəkilən komanda səfərdə “Çinar Zəngilan”ı 2:0 hesabı ilə məğlub edib.
Digər cütlərdə ev sahibləri qalibiyyətə sevinib. “Şirvan” “Marafon”u (5:2), “Göyəzən” “Record Club”u 4:2, “Ağstafa Gəncləri” isə “Naftalan”ı 1:0 hesabı ilə üstələyib.
Hazırda Region Liqasına hərəyə 19 qolla Cavid Nəcizadə (“Şirvan”) və Nurlan Dadaşov (“Dirçəliş”) bombardirlik edirlər.