AZ

Belçika millisinin müdafiəçisi ilə maraqlanır - Premyer Liqanın yeni çempionu

“Brügge”nin sol cinah müdafiəçisi Maksim de Kuyper “Liverpul”un marağına səbəb olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” artıq bir ildən çoxdur ki, belçikalı futbolçunun irəliləyişini izləyir.

İngiltərə klubu müdafiənin sol cinahını gücləndirmək üçün Kuyperi ideal variant hesab edir. Futbolçunun Endryu Robertsonla rəqabət aparacağı gözlənilir.

24 yaşlı müdafiəçi bu mövsüm 50 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. O, Belçika millisində 8 oyunda 2 qola imza atıb.

Seçilən
0
sportinfo.az

1Mənbələr