AZ

Azərbaycan nümayəndə heyəti səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Macarıstana səfər edəcək

Bakı. Trend:

Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsiperspektivlərinin müzakirəsi üçün iyun ayının əvvəlində Azərbaycannümayəndə heyətinin Macarıstana səfəri gözlənilir.

Trend xəbərverirki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıdakeçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah”mövzulu beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

T.Torma “Scandens” əczaçılıq zavodunun “Gedeon Richter”-ləmüqavilə əsaslı istehsalat sazişi çərçivəsində Azərbaycanda yerlidərman istehsalına başlayacağını qeyd edib.

Səfir həmçinin vurğulayıb ki, “Scandens PharmaceuticalIndustries LTD.” şirkəti Azərbaycan Tibb Universiteti, PecsUniversiteti, eləcə də Macarıstanın “PannonPharma” şirkəti iləbirlikdə azərbaycanlı əczaçılıq mütəxəssislərinin hazırlanması üzrəproqramın həyata keçirilməsini planlaşdırır.

Onun sözlərinə görə, “PannonPharma” qrupu Macarıstanın kiçik vəorta müəssisələrindən ibarət bir şəbəkədir və bu şəbəkə fəalşəkildə əczaçılıq sahəsində elmi-tədqiqat və təcrübi-konstruktorişləri (ETTKİ) aparmaqla yanaşı, təhsil və elm sahəsindəuniversitetlərlə uğurlu əməkdaşlıq nümayiş etdirir.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr