AZ

DİM: Ötən il qəbul imtahanında paytaxt məktəblərinin məzunlarından 964 nəfəri 600-dən yuxarı bal toplayıb

Qəbul imtahanlarının nəticələrinə əsasən paytaxt məktəblərindən 14 min 225 məzun (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-I (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.

Bu məlumat Dövlət İmtahan Mərkəzinin Bakı şəhərinin 2024-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair statistik göstəricilərində yer alıb. Qeyd olunub ki, şəhərin məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr