Səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib ki, ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.
Onun sözlərinə görə, Konsepsiyada əksini tapmış “Ali məktəblər üçün virtual əczaçılıq zavodu” layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində “Elmi-istehsalat təcrübə bazası”nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır.
Mətləb