2024-cü il üzrə məzunların ümumi sayı 28203 nəfərdir.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Belə ki, attestat alan 2024-cü il məzunlarının sayı 28113, ali təhsil müəssisələrinə ərizə vermiş 2024-cü il məzunlarının sayı isə 26006 nəfərdir.
Həmçinin attestat alan 2024-cü il məzunlarının imtahanlarda iştiraketmə faizi -92.48, qəbul imtahanında iştirak etmiş 2024-cü il məzunlarının ali təhsil müəssisələrinə qəbulolma faizi -54.71 təşkil edir.