Ali Məhkəmədə yol qəzası törətməkd təqsirləndirilən Rical Qasımovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 27 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Rical Qasımov etibarnamə əsasında idarə etdiyi "Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə sağ istiqamətdən sol istiqamətə keçən piyada, zərərçəkmiş Z.Z.-ni (ad, soyadı şərtidir) vurub. Yaralı bir neçə gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Hadisədən sonra Rical Qasımov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protesti isə qismən təmin olunub.
Belə ki, hökm məhkum edilmiş şəxsə təyin edilən əsas cəzaya aid hissəsində dəyişdirilib, onun cəzası 4 (dörd) ilə qaldırılıb. (Pravda)
Bizim.Media