“Kaysedo bu mövsüm bizim ən yaxşı oyunçumuz oldu”.
Offsideplus.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Koul Palmer deyib. O, ekvadorlu futbolçunu tərifləməyə davam edib:
"O, hər zaman topu geri qazanır, təvazökardır, hamıya qarşı yaxşıdır və hamı onu sevir".
Moyzes Kaysedo 2023-cü ilin yayında 116 milyon avroya "Brayton"dan "Çelsi"yə transfer olunub. O, cari mövsüm 40 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.