AZ

Bu məktəbin şagirdləri 500-dən çox bal TOPLAYIR

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 50.44%-dir.

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin İ.Əfəndiyev adına «Elitar» gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına «Tərəqqi» liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı “Zəkalar” liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 saylı məktəb-liseyləri, 145, 161 və 260 saylı tam orta məktəbləri daxil olub.

Qeyd edək ki, qəbul imtahanlarında 315 məktəbin məzunları iştirak edib.

Seçilən
0
azedu.az

1Mənbələr