AZ

Əksər yerlərdə yağıntılı hava şəraiti davam edir - Faktiki hava

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir...

Bu barədə Poliqon-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 26, YardımlıNeftçalada 16, Lənkəranda 15, Astarada 14, Naxçıvanda 12, Ordubad, CəlilabadCulfada 10, Şahbuzda 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Cəfərxanda 6, Daşkəsən, İmişli, Kürdəmir, BiləsuvarŞərurda 5, Sabirabad, Qobustan, Ağdam, İsmayıllı, Şamaxı, Göygöl, Gəncə, Tərtər, Göyçay, Zərdab, Beyləqan, Sədərək, Ağstafa, Goranboy, Naftalan, Ceyrançöl, Zaqatala, Altıağac, Balakən, Şəki, Qəbələ, Qusar, Xaltan, Mingəçevir, Yexlax, BərdəGədəbəydə 4 mm-dək təşkil edir.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Qax, Şəki, Qrız, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik və Cəfərxanda duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-da 14, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Poliqon.info

Seçilən
0
27
poliqon.info

10Mənbələr