"Əczaçılıq Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biridir, Macarıstanın Azərbaycana ixracının 49%-ni təşkil edir”.
APA xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma deyib.
Səfir qeyd edib ki, bu konfrans Macarıstanın Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə vermək istəyinin bariz göstəricisidir:
“Macarıstanın iki ən tanınmış dərman şirkəti 1990-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərirlər. Peç Universiteti və Azərbaycan Tibb Universiteti ölkəmizdə əczaçılıq mütəxəssislərinin hazırlanmasında əməkdaşlığa başlamaq niyyətindədirlər”.