AZ

Bu gün Əhməd Cavadın doğum günüdür

Bu gün Azərbaycan şairi, tərcüməçi, dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın doğum günüdür. Missiya.Az xəbər verir ki, Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində dünyaya gəlib.

Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanıb, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edib. Həmin ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. O əruz vəznindən yalnız yaradıcılığının ilk dövrlərində istifadə edib. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir.

Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunub.

Dahi şairimiz 1937-ci il oktyabrın 12-si Bakıda vəfat edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr