AZ

Türkiyədən gələn meyvə-tərəvəzdə fitosanitar pozuntuları artıb

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi “Rosselxoznadzor” Türkiyədən idxal edilən kənd təsərrüfatı məhsullarında aşkar edilən fitosanitar pozuntuların sayının əhəmiyyətli dərəcədə artdığını açıqlayıb. Qurumun açıqlamasında Türkiyə ixracatçılarının Rusiya qanunvericiliyinə uyğunluğu baxımından diqqətlə seçilməli olduğu bildirilib və Rusiya idxalçılarına çağırış edilib.

Hafta.az-ın yazdığına görə, yoxlamalar zamanı ən çox qayda pozuntusu aşkar edilən məhsullar üzüm (23,42 faiz), balqabaq (21,28 fai), alça (15,51 faiz) və alma (11,59 faiz) olub.

Bildirilib ki, bəzi məhsullarda pestisid qalığının icazə verilən maksimum həddi 25 dəfəyə qədər keçib. Üzüm və balqabaqda gigiyena standartlarına zidd halların aşkar edildiyi də açıqlanıb.

Türkiyə Rusiyaya ən böyük meyvə-tərəvəz ixracatçısı olmağa davam edir.

Türkiyədən Rusiyaya hər il təxminən 1,2-1,5 milyon ton meyvə-tərəvəz göndərilir. Bu, Rusiyanın ümumi idxalının 13 faizini təşkil edir.

Ən çox idxal olunan məhsullar arasında sitrus meyvələri, çəyirdəkli meyvələr, üzüm, nar və balqabaq, badımcan, bibər və pomidor kimi tərəvəzlər var.

Seçilən
0
hafta.az

1Mənbələr