AZ

Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ


ABŞ Prezidenti Donald Tramp növbəti göstəriş verib.Ağ Ev rəhbərinin göstərişinə görə, ABŞ-da məşhur keçmiş “Alkatraz” həbsxanasını yenidən fəaliyyət göstərəcək. O bildirib ki, ABŞ uzun müddətdir ki, amansız və zorakı cinayətkarlarla qarşılaşır. “Biz keçmişdə daha ciddi bir millət olanda xəsarət yetirəcəkləri insanlardan uzaqlaşdırmaq üçün bu təhlükəli cinayətkarları qapalı tutmaqdan çəkinmirdik.

Ona görə də bu gün mən “Alkatraz” həbsxanasını yenidən açmağa, genişləndirməyə və bərpa etməyə göstəriş verirəm”,- deyə Tramp əlavə edib.

Mətləb Salahov

Seçilən
0
baki-xeber.com

1Mənbələr