“Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığınacağın gündəliyində cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat, dividentin bölünməsi və digər məsələlər durur.
Məlumatda qeyd edilir ki, ümumi yığınacaq 30 iyun 2025-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Musatafayev küçəsi 7 nömrəli ünvanda keçiriləcək.
Qeyd edək ki, yığıncaqda şəxsən və ya nümayəndə vasitəsilə iştirak etmək olar. Şəxsiyyət vəsiqəsi və etibarnamənin əslinin (nümayəndələr üçün) təqdim edilməsi zəruridir.
Sərvanə Rəmixanova