Çinin cənub-qərbindəki Quyçjou əyalətində çay qayıqlarının çevrilməsi nəticəsində azı 10 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə mayın 4-də saat 16:00 radələrində baş verib. Qianxi şəhərində güclü külək nəticəsində dörd gəmi batıb. 84 nəfər suya düşüb.