
Finlandiyanın "Lovii̇sa" Atom Elektrik Stansiyasının ikinci enerji blokunda hidrogen sızması baş verib. Bu barədə stansiyanın operatoru olan Fortum şirkəti məlumat yayıb.“3 may tarixində generator tərəfindən hidrogen istehlakı artmağa başladı ki, bu da hidrogen sızmasının göstəricisidir”, – deyə şirkətin bəyanatından sitat gətirilir.Qeyd olunur ki, təmir müddətində ikinci enerji bloku az gücdə işləyəcək.Şirkət bildirir ki, sızma dörd istilik dəyişdiricisindən birində aşkar edilib və artıq aradan qaldırılıb. Stansiyanın birinci enerji bloku isə normal rejimdə fəaliyyətini davam etdirir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"