ABŞ-ın Corciya ştatında həbsxanadan qaçdığı düşünülən və 12 saat fövqəladə vəziyyətdə axtarılan məhbusun məhkəmə kamerasında unudulduğu məlum olub.ABŞ yerli mətbuatında yer alan xəbərlərə görə, Corciya ştatında həbsxana rəsmiləri 1984-cü ildə qətldə təqsirli bilinən Culyan Bruks Delox adlı məhbusun sayım zamanı kamerada olmadığını görüblər.Səlahiyyətlilər həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapıları bağlayıb və məhbusu axtarmağa başlayıb. Həbsxananın bütün kameralarında axtarış aparan səlahiyyətlilər kamera görüntülərini nəzərdən keçirmək qərarına gəliblər.Qaçdığı düşünülən məhbusun məhkəmə kamerasında unudulduğu və 12 saatdır orada gözlədiyi müəyyən ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta