
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 may 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın, Xocalı rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 12 may 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"