AZ

Bu hücum Özgür Özəlin yolunu açır

CHP lideri Özgür Özələ edilən hücum Türkiyə siyasətinə yad hadisə deyil, lakin hücumda suallar yaradan məqamlar da diqqətdən yayınmır.

Hücum edən Səlcuk Tengioğlu 2004-cü ildə uşaqlarını öldürdüyü üçün həbs olunub, 2020-ci ildə azadlığa çıxıb. Özəl belə bir şəxsin hücumunun arxasında “başqalarının olduğunu” deyir. Həmin şəxs isə Özələ hücumunun səbəbinin CHP-dən yemək kartı ala bilməməsi və partiyanın “gəncləri küçələrə çağırması” olduğunu iddia edib.

Maraqlıdır ki, CHP-yə yaxın solyönümlü “Evrensel” qəzeti 2004-cü ildə S.Tengioğlunun törətdiyi cinayəti “işsizliklə” əlaqələndirmişdi, Tengioğlu da Özələ hücumunu partiyadan “yemək kartı” ala bilməməsi ilə əlaqələndirir: vaxtilə müdafiə etdiyi şəxsin eyni “səbəblə” hücumuna məruz qalan Türkiyə müxalifəti “dejavu” yaşayır.

Türkiyənin siyasi gündəmi hücuma məruz qalan Özələ fokuslanıb və bu, onun CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir. Namizədlik mübarizəsində İmamoğlunun önünün kəsilməsi, Özəlin yolunun açılması fonunda bu hücumun yaratdığı effekt xüsusilə maraqlıdır./axar.az/

Seçilən
0
2
turkustan.az

3Mənbələr