AZ

Durov Telegram-a yeni funksiya əlavə etdiyini açıqlayıb

 "Telegram" messencerinin təsisçisi Pavel Durov xidmətə 200-ə qədər insanı birləşdirə biləcək qrup zəngi funksiyasının əlavə edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə sahibkar öz kanalında yazıb.

"Son Telegram yeniləməsi təhlükəsiz qrup zənglərini təqdim edəcək. Onlar təkcə abunəçi şifrələməsi ilə deyil, həm də heç kimin onlara (zənglər - red.) gizli şəkildə qoşula bilməməsi üçün blokçeyn kimi texnologiya ilə qorunur", - deyə  Durov yazıb.

Sahibkarın sözlərinə görə, istifadəçilər messencerdə linklər, QR kodlar və ya “birbaşa dəvətnamələr” vasitəsilə "Telegram" vasitəsilə istənilən zəngə, o cümlədən təkbətək zənglərə 200 nəfərə qədər adam əlavə edə biləcəklər.

"Və zəngdə iştirak etmək üçün 200-dən çox insana ehtiyacınız varsa, qruplardakı Telegram səsli və video çatları on minlərlə iştirakçını dəstəkləyir", - deyə sahibkar öz nəşrində əlavə edib.

Seçilən
0
banco.az

1Mənbələr