AZ

Yuxuda qəbir, məzar görmək necə yozulur?

Yuxuda qəbir, məzar görmək necə yozulur?

Yuxuda qəbir görmək nə deməkdir? Bu yuxu insanın həyatında dəyişikliklərə, dini bağlılığın artmasına işarə edə bilər. Əgər bir şəxs yuxuda öz qəbrini görürsə, bu, xəbərdarlıq xarakterli yuxu hesab olunur.

Rüya yozumçuları qəbirin yuxuda necə göründüyünə görə fərqli şərhlər veriblər. Kimiləri bu yuxunu uzun ömür və rahatlıqla əlaqələndiriblər, digərləri isə dini baxımdan zənginləşməyə yozublar. Aşağıda müxtəlif qəbir tiplərinin yozumları verilir:


Yuxuda Qəbir Görmək

Yuxuda qəbir görmək – uzun ömür, ruhi təmizlənmə və dinə yönəlmə anlamına gəlir. Bəzi alimlərə görə bu yuxu həm də xeyirxah işlər görəcəyinizə, sakit və müdrik bir insan olacağınıza işarədir. Bu, problemlərdən qurtuluşun və mənəvi zənginliyin simvoludur.


Yuxuda Boş Qəbir Qazmaq

Boş qəbir görmək – artan çətinliklərə, problemlərin çoxalacağına işarədir. Bəzi şərhlərə görə bu, elmdən uzaqlaşmaq və mənəvi yoxsulluq kimi yozulur. Digər tərəfdən isə haram qazanca aludə olmaq və onun nəticəsində pis işlərə qarışmaq kimi izah olunur.


Yuxuda Yeni Qəbir Görmək

Yeni qəbir görmək – həyatınıza iki fərqli insanın daxil olacağına və bu şəxslərdən birinin elmli və dəyərli biri olacağına işarədir. Bu, həm də həyat yolunun seçilməsi, dostluq və ya tale qərarı kimi yozula bilər. Bəzi yozumlara görə isə bu, xəstəlik və ölüm təhlükəsinə də işarə edə bilər.


Yuxuda Açıq Qəbir Görmək

Açıq qəbir görmək – ciddi maddi çətinliklərə işarədir. Qəfil yoxsulluq, maddi itkini simvolizə edə bilər. Eyni zamanda, bəzi yozumlara görə bu yuxu müsbət başlanğıcları, yaxşı işləri də xəbər verə bilər və insanın ömrünün uzun olacağına işarədir.


Yuxuda Qəbir Daşı Görmək

Bu yuxunun iki fərqli yozumu var: biri – gözlənilməz uğursuzluqlar, digəri isə – möhkəm sağlamlıq və rifah. Bu səbəbdən, yuxu həm müsbət, həm də mənfi anlam daşıya bilər.


Yuxuda Qəbir Tikdirmək

Qəbir tikdirmək – dünya nemətlərinin qurulması, ev sahibi olmaq və uzun illər rahat yaşamaq anlamına gəlir. Bu yuxu həmçinin həyat yoldaşı ilə tanışlıq və uzunmüddətli xoşbəxt bir birliktelik kimi də yozulur.


Yuxuda Qəbri Suvarmaq

Qəbir suvarmaq – çətinliklərin qarşısında mənəvi dayağa söykənmək deməkdir. Bu yuxu sahibinin Allah qatında dəyərli bir insan olduğunu, problemlərinin tezliklə həll olunacağını və mənəvi kamilliyə çatacağını göstərir.


Yuxuda Ailə Qəbiristanlığı Görmək

Ailə qəbiristanlığı görmək – ailə üzvləri ilə uzun və xoşbəxt bir ömür sürməyə işarədir. Həmçinin həyat yoldaşı ilə daim gözəl münasibətlərdə olacağını bildirir.


Yuxuda Qəbiristanlıqda Gəzmək

Qəbiristanlıqda gəzdiyini görmək – lazımsız dostluqlar və mənasız əlaqələrə işarədir. Bu yuxu həm də maddi itki, problemli münasibətlər və çətin qərarlar demək ola bilər. Yuxu sahibinin həyatını dəyişmək üçün düzgün insanlara yönəlməsi tövsiyə olunur.


Digər Yozumlar

  • Qəbir görmək – günahlardan tövbəyə;

  • Qəbir qazmaq – ölümə və ya ev tikməyə;

  • Qəbirdən çıxmaq – narahatlıqlardan qurtulmağa;

  • Məzarlıqda yazı oxumaq – eqo və qürurdan əl çəkməyə;

  • Özünü ölmüş görmək – uzun ömür və arzuların gerçəkləşməsi kimi yozulur;

  • Məzarı ziyarət etmək – həbsxana ilə əlaqəyə işarədir;

  • Qəbir tikmək və ya hörmək – ev almağa işarədir.


Seçilən
0
qlobal.net

1Mənbələr