Mayın 2-si saat 19:30 radələrində paytaxtda keçmiş sevgilisinə bıçaqlı hücum etməkdə şübhəli bilinən 20 yaşlı Murad Əhmədov saxlanılıb.
Bu haqda DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Onun sözlərinə görə, şübhəlinin müvafiq izahatları alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, zərərçəkmiş Şərafət Babayevanın bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.