AZ

CHP sədrinə hücun edən şəxsin GÖRÜNTÜLƏRİ: Yemək kartı istəmişdim, ancaq...

Dünən CHP sədri Özgür Özələ hücum edən 66 yaşlı Səlcuq Tengioğlunun hadisədən əvvəlkli görüntüləri yayımlanıb.

Turkustan.az “HaberGlobal”a istinadla xəbər verir ki, otelin təhlükəsizlik kamerasına düşən görüntülərdə Tengioğlunun çay içdiyi və otel işçiləri ilə söhbət etdiyi əks olunub.

66 yaşlı Tengioğlu ilk ifadəsində,daha əvvəl CHP-yə yemək kartı üçün müraciət etdiyini, amma partiya üzvü olmadığı üçün ona yemək vermədiklərini bildirib.

“Buna görə də əsəbiləşmişdim. CHP-nin gəncləri küçələrə çağırması ilə bağlı əvvəllər yığdığım hirsimi saxlayırdım. Taksimdə oteldən çıxıb proqramla tanış oldum. Əslində hücum etmək fikrində deyildim, amma bunu görəndə qəzəbimi cilovlaya bilmədim”, - deyə o, ifadəsində qeyd edib./Bakıvaxtı.az/

Seçilən
0
1
turkustan.az

2Mənbələr