“MİDA” MMC-nin Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib, səbəbi isə açıqlanmayıb.
Satınalmanın dəyəri 619 513 AZN olub.
Pravda.az