AZ

Bu ölkə YUNESKO-dan da çıxdı

Nikaraqua Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) çıxıb.
 
Ölkənin xarici işlər naziri Valdrak Jentzke YUNESKO-nun baş direktoru Odri Azuleyə məktubunda bununla bağlı xəbərdarlıq edib.
 
Məktubda bildirilir ki, bu addıma səbəbYUNESKO-nun Nikaraquanın hakimiyyət orqanlarının ABŞ-ın zorakılığını və müdaxiləsini dəstəkləyən nəşr hesab etdiyi “La Prensa” qəzetinə mükafat verməsidir. Nazir qeyd edib ki, Nikaraqua hökuməti "bu təşkilatdan çıxmaqla bağlı suveren və dönməz qərarını bildirir".
 
Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Nikaraqua “YUNESKO-nun hərəkətlərini” “qəbuledilməz” hesab edir, “La Prensa” qəzetinin mükafatlandırılmasını layiqli olmayan addım elan edir və ölkə bunu “ən qəti şəkildə pisləyir və rədd edir”.
Jentzkenin sözlərinə görə, nəşr Nikaraquanı satıb, "tarixən zorakılığı, müdaxiləni, nifrət və qəddarlığı dəstəkləyən, Şimali Amerikanın Nikaraquaya hərbi və siyasi müdaxiləsini təbliğ edən bir media orqanıdır".
 
Nazir həmçinin YUNESKO-nu obyektivlikdən məhrum olmaqda və “milli Nikaraqua mədəniyyətinin dəyərlərinə və şəxsiyyətinə hücum” olan hərəkətləri təşviq etməkdə ittiham edib.
 
Qeyd edək ki, Nikaraqua daha əvvəl digər beynəlxalq təşkilatlardan, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını açıqlamışdı.
Seçilən
0
2
moderator.az

3Mənbələr