AZ

60 il direktor olan milyarder istefa verməyə hazırlaşır

60

Amerikalı milyarder Uorren Baffett yaradıcısı olduğu və 60 il rəhbərlik etdiyi "Berkshire Hathaway" şirkətinin baş direktoru vəzifəsindən istefa vermək qərarına gəlib.

Reyting.az
"Reuters" agentliyinə istinadla bildirir ki, məşhur iş adamı əsas investor kimi "Berkshire Hathaway" şirkətində baş direktor vəzifəsini tərk edəcək. Baffett bu barədə səhmdarların illik yığıncağında məlumat verib.

94 yaşlı Uorren Baffett bu vəzifəyə müavini Qreq Abelin namizədliyini dəstəkləyib. O, yığıncaqda tövsiyə edib ki, şirkətin yeni baş direktoru vəzifəsinə məhz Abel təyin olunsun.

Milyarder qeyd edib ki, o, "Berkshire Hathaway"-dən tamamilə uzaqlaşmaq və yaxud səhmlərini satmaq niyyətində deyil.

Amerikalı məşhur milyarder Uorren Baffett dünyanın ən zəngin insanlarından biridir. Onun sərvəti "Forbes" jurnalının son illik reytinqində 159 milyard dollar dəyərində qiymətləndirilir. O, demək olar ki, bütün kapitalını uğurlu investisiyalar hesabına qazanıb.

Baffet ilk dəfə uğurlu iş adamı kimi 1965-ci ildə "Berkshire Hathaway" şirkətini alıb. Daha sonra isə bu investor öz vətəni Nebraskadakı tekstil istehsalı ilə məşğul olan kiçik bir şirkəti satın alıb. Bunun əsasında da, Baffett investisiyalar və sığorta biznesi ilə məşğul olan nəhəng bir konqlomerat qura bilib.

Onu da qeyd edək ki, "Berkshire Hathaway" şirkətinin və onun səhmlərinin qiyməti bir trilyon dollardan çoxdur.

Oqtay QORÇU
Seçilən
0
reyting.az

1Mənbələr